Mətbuat Şurasının üzvü Fərid Pərdəşünas Vikipediadan şəhidərə bağı məqaəərin başqa sayta köçürülməsinə görə redaktorları günahandırıb və paradoksal da olsa, bu məqaləərin yaradıcısı gənc boqçu Ayxan Zahidzadəyə qarşı linç kampaniyasına başlayıb. Mətbuat Şurasını rəhbəri Rəşad Məcid də onun çağrışına qoşuaraq həmin postu paylaşıb.
Qısaca onu deyim. Yalnız dövlət büdcəsini xərcləyən məmurlardan və seçdiyiniz (əgər seçmisinizsə, əgər seçki varsa) insanlardan hesabat tələb edə bilərsiniz.
Bir könüllü irəli çıxıb heç bir dəstək olmadan minlərlə məqalə yazırsa, istədiyi vaxt onu poza da bilər, bərpa da edə bilər. Bunun heç kəsə dəxli yoxdur. İstəyirsən hansısa mövzuda çoxlu məqalə olsun, götür özün yaz, doldur interneti. Sıravi vətəndaşa göstəriş vermək, hesabat tələb etmək nədir? Hansı qafanın məhsuludur? Hansı əskikliyin, natamamlığın ört-basdır edilməsidir?
Vikipediya məsələsində qızışdırılmış kütlə konkret bir yetimi hədəf aldığı üçün onu birmənalı müdafiə etmək lazımdır.
İndi emosiyalar soyumuşkən, məsələlərə obyektiv qimət verək. Mətn redaktoru həmişə, hər yerdə, hər növ mediada təzyiq altındadır. Rejim, stereotiplər, yazıb çatdırma möhləti, iqtisadi basqı, mənsubluq hissi, yaxın və uzaq çevrə…
Peşəkar media işinə siyasət qatılması təhlükəsi həmişə var. İstənilən işin korrupsiyalaşması təhlukəsi də.
Amma həm medianı, həm hüququ tamam korlayan rejimin əlaltılarının həmin problemi həll etmək adı altında başladığı kampaniyaya normal təhsil ocağı, normal hüquq sistemi, normal məhkəməsi olmayan vətəndaşların kütləvi qoşulması, linç, terror təhlükəsi yaratması biabırçılıqdır.
İstənilən mediada, o sıradan Vikipediada redaktə problemi var. Obyektivliyə mane olan çoxlu faktorlar var. Subyektiv faktorlar: ideologiya, siyasət. Obyektiv faktorlar: son 200 ildə orientalistlərin, aryaçıların, Qacarların, Pəhləvilərin, sosialistlərin, hətta daşnakların uzaq və yaxın keçmişin hadisələrini sistemli təhrif etmələri, öz hekayələrini elmi nəşrlərə salmaları, və bu elmi nəşrləri sorğulaya bilməyən akademik muhitin varlığı. Hətta birbaşa şahidi olduğumuz hadisələr elmi əsərlərin, araşdırmaların istinad yeri olan mənbələrdə güclü təhrif olunub.
Həmin akademik mühitdə olmaq hələ inteligent olmaq deyil. Danabaş kəndinin öz evindən qovulan əhli bəzi tarix məsələlərini akademik mühitdəki daşnak apologetlərindən daha düzgün bilir. Amma bu məsələlərin müzakirəsi azərbaycanlıları daşnaklaşdıran rejimin təşəbbüsü ilə olmamalıdır. Sağdan əliəkbərlərdən) və soldan (qiyaslardan) uzaqlaşıb normal diskussiya muhiti yaratmaq lazımdır.