Potyomkin bölgəsində yaşayırıq. Əsasən 3 ölkəni nəzərdə tuturam.
Rusiya silahlarının paxırı açıldı. Dünyanı qorxuya salan Potyomkin ordusu imiş. Qərbin bir dəfə başına gəlib. 1975-ci ildə sovet pilotu MiQ-25 təyyarəsini Yaponiyaya qaçıranacan amerikalılar elə bilirdilər ki, sovet aviasiya texnologiyası möcüzədir. Aydın oldu ki, adicə qaynağı (svarkanı) bacarmırlar. Titan emal edə bilmirlər. Radarları 500 metrdən aşağıda işləmir və sair.
Nə isə, bunlar unuduldu. Rusiya silahlarının imkaları haqda hesabatlar konstruktor bürosu və sınaq meydanından Kremlə gedib çıxanacan bir az şişirdildi, mediaya çıxanacan üstünə bir-ikisini qoydular, üstünə də gəl dünya bazarlarına çıxandan qabaqkı marketinq, reklam. Reallıqda biz sovet ordusunda olmuşuq. Çürük olduğunu çoxdan bilirik. Potyomkini içdən görmüşük. Bəlkə amerikalılar da bilirlər. Ancaq yeni silahlar yaradılmasına daha çox vəsait ayrılması üçün özərini görməzliyə vurublar və ya rusların dediklərinə inanan kimi görünüblər.
Ujkrayna müharibəsində bu Potyomkin ordusu lap uçmasın deyə Putnə lazımdı ki, hansısa saziiş, razılaşma olsun, Ukrayna öz torpaqlarının bir hissəsindən yavaş-yavaş əlini üzsün. Bu yerdə o biri “dünya lideri” araya girir. (O da başqa növ Potyomkindir). Türkiyə hava qüvvələrinin belini qırmasını (F-35-lərdən məhrum etməsini) qəhrəmanlıq, Qərblə dirəşmək, müstəqil siyasət yürütmək kimi qələmə verən Ərdoğandan söhbət gedir.
İndi o, araya girib müharibənin bu məqamında barışıq yaratsa Türkiyə donanmasının beli qırılacaq. Niyə? Rusiya donanması Qara Dənizə tam hakimdir, Aralıq Dənizində isə dayağı var. Ukrayna ordusu Amerikanın verdiyi silahlarla Rusiyanın cənub donanmasını məhv edə bilər. Belədə Qara Dənizdə Türkiyə donanması əsas güclərdən birinə çevrilə bilər. İndi vasitəçi kimi ortaya düşmüş Ərdoğan Türkiyənin həmin perspektivini bağlayır. Ordan da Orban köməyə gəlir – o da geniş söhbətdir.
3-cü Potyomkini isə uzun ilərdir tanıyırsınız. Potyomkin kəndini də rəsmən gördünüz.
Konspektin maraqlı bir bölümü də Turan məsələsidir. Bu da xəyali Potyomkindir. Ortada nümunəsi-fian yoxdur.
Turan tipli söhbətlərin iki zərəri var. Birincisi, Turan dəyər deyil. Demokratiya dəyərdir, söz azadlığı dəyərdir, seçki dəyərdir. Turan isə cəmiyyətin dəyərlərə fokuslanmasının qarşısını almaq üşün ortaya atlımış cəfəng söhbətdir. İkincisi, bu, Azərbaycanda vətəndaşlıq anlayışının formalaşmasını əngəlləyir.
Tələsik layihələndirdim. Arasına qum, sement töksəniz yaxşı bir kitab çıxar.