Gic damarıma düşəndə çağdaş mediadan və beynəlxalq standartlardan yazacam.
Xoş damarıma düşəndə patriarxal media ilə məzələnəcəm.
Yadima düşəndə senzura və redaktənin fərqindən yazacam.
Stop! Olmaya-bilməyə bu fərqi sənin yazını öz siyasi məqsədinə calaşdırmağa çalışan redaktoruna başa salasan. Bu, blogsuz dövrlərin ən ağır işiydi. Sadəcə başa düşmək ona sərf eləmir, başa salmaq isə sənə ziyan gətirir. Quyuya su tökməklə ömür keçirmək nəticəsiz və ağır işdi.
Bir dostum isə deyir ki, quyuya işəməklə quyu dolmaz 🙂
Yaxşı ki, blog varmış. Daha quyuyla nə işimiz?
Giriş üçün əla bir mesajdır 🙂