Erməni jurnalist Yuri Manvelyan və komandası ölkədə jurnalistika mühitini sağlamlaşdırmağa çalışır. Bu komanda 2008-ci ildə bir peşəkar xəbər saytı yaradır. Sayt məşhurlaşandan sonra onun sahibi redaksiyanın işinə qarışmağa başlayır, hökumətə xidmət göstərir. Özü deputat olur, saytı Ermənistan prezidentinin kürəkəninin media holdinqinə daxil olur. Jurnalistlər işə yenidən başlamaq qərarına gəlirlər. Söz qoyurlar ki, peşəkarlıq məsələləri barədə qərarı jurnalistlər verəcəklər. Belə bir sayt yaradırlar: Epress.am. Vətənşüvən mediaya xas millətçiliyi, militarist təbliğatı, homofobiyanı, zorakılığa müxtəlif bəhanələrlə haqq qazandırılmasını yaxın buraxmırlar. Bunun azadlığa tələ olduğunu, hökumətə xidmətə, manipulyasiyalara aparacağını anlayırlar. 7 ildir ki, beləcə yol gedirlər. Ötən ilin aprel döyüşləri zamanı “vətən naminə” məlumatları saxtalaşdıran və ya saxta məlumata göz yuman məşhur bir jurnalisti işdən çıxarırlar.
Ətraflı məlumatı kim istəsə linkdən oxuya bilər. Jurnalistlərimiz istəsələr bu statusu tənqid eləyib özlərini baqaja qoysunlar.