Gənc bloqqer, Vikipedia redaktoru Ayxan Zahidzadəyə qarşı Mətbuat Şurasının üzvü Fərid Pərdəşünasın apardığı kampaniya barədə
“Jurnalistlər burada terrora çağırış, qisasa yönəltmə kimi əməllərin olub-olmaması haqda hüquqşünaslardan müsahibələr götürə, həmin təhlükə haqda debatlar təşkil edə bilərdilər. Bu, ictimai yayımların vəzifəsidir.”
“Ancaq problem bundadır ki, kampaniyaya Mətbuat Şurasının bir üzvü başlamışdı, Şuranın sədri də həmin mətni təkrar paylaşmaqla öz dəstəyini bildirmişdi. Belə bir məsələ var: “Adam dəli olanda mollanın yanına gedər, molla dəli olanda kimin yanına getsin?”
“Sosial media-auditoriya, media-auditoriya məsələlərini qanunlarla tam tənzimləmək mümkün deyil və tənzimləmə nə qədər çox olarsa, ondan avtoritar rejimlərin sui-istifadə etmə imkanları da bir o qədər genişlənər. Ona görə, mədəni dünyada defamasiyanı Cinayət Məcəlləsindən çıxarırlar. Peşə kodeksi, peşə birliklərinin tədbirləri, jurnalistərin peşəkarlığının artırılması bu cür nəticələrin qarşısını alır”
“Müstəqil media bütün mümkün vasitələrlə zəiflədilib. Normal mediada müxtəlif sahələr üzrə mütəxəssislər olur. Hüquq, kommersiya, texnologiya, marketinq, təhlil… Qalır bir redaktor və bir neçə müxbir. İndi bu müxbir insidentlər, hadisələr baş verən məkana qaçısın, ona badalaq gələnlərin hüquqi yolla cavabını versin, yoxsa qlobal prosesləri izləsin?”
“Təbii, mülki və cinayət məcəlləsini heç kəs ləğv etməyib. Amma şəxslərin bir-birini küçədə təhdid etməsi ilə mediada təhdid etməsi eyni hüquqi prosedurla aparılmalıdır, bunun üçün ayrıca media qanunu qəbul eləmək avtoritar, totalitar rejimlərin işidir ki, sonra bundan media azadlığına qarşı istifadə eləsinlər”.
“Qeyri-rəsmi trollar və loyal redaktorlar şəbəkəsi saxlanmasının əlamətləri çox yerdən görünür. “WhatsApp” qruplarında redaktorlara gündəlik instruksiyalar gəlməsi haqda məlumatlar var. Reklam bazarı və xeyriyyə təşkilatları olmayan ölkənin mediasının nə cür maliyyələşməsi çoxlu suallar doğurur və ortada kölgə metodlarının olmasına şübhə yeri qoymur”.
Daha ətraflı MeydanTV-də