Əli Həsənovun vəzifədən çıxarılması ilə bağlı aşırı optimizmi anlamağa çalışıram.
Jurnalistikanın vəziyyəti aydındır. Azərbaycanda bu iş tərsinə qurulub. Jurnalistika hakimiyyətə nəzarət eləməlidir, hakimiyyət jurnalistikaya nəzarət eləyir. Bu nəzarət aparatını qurmaq Əli Həsənova tapşırılmışdı. 20 ildən çoxdur o belə bir nəzarət sistemini qurub. Jurnaistikanın evini yıxıb yandaş jurnalistlərə ev tikib.
İndi bu optimizm hardandır ki, dövlət-jurnalistika münasibətləri innən belə düz qurulacaq? O, peşəkar jurnalistlərin istəyi əsasındamı vəzifədən çıxarılıb? Eyni sistemi başqa birisinin daha 20 il idarə eləməsinin qarşısını almağa əlinizdə nə var? Mətbuat Şurası? KIV-in İnkişafına Dövlət Dəstəyi Fondu?
Deyəcəm alternativ jurnalist təşkilatı yaradın, özünüzə başqan seçin, gedib Amaşovu nizamnaməni pozmaqla Şuranın türkmənbaşısına çevirəni seçəcəksiniz