BBC bu gün yüksək gəlirli əməkdaşlarının illik maaşlarını açıqladı. İldə 2 milyon 200 min funt sterlinq maaşla aparıcı Kris Evans siyahıya başçılıq eləyir.
BBC-nin büdcəsi yayım vergisindən formalaşır. Yəni xalq keyfiyyətli jurnalistika üçün ayrıca xərc çəkir. Bəs bu qədər yüksək maaş nə üçündür? Onun üçündür ki, ölkədə özəl xəbər mediası da var. Geniş reklam bazarı var. Əgər BBC yaxşı jurnalistlərə o qədər maaş verməsə, özəl media həmin işçiləri özünə cəlb edər. BBC-nin də keyfiyyəti aşağı düşər.
Bir sözlə, hara fırlasan da, jaxşı jurnalist normal ölkədə yaxşı pul qazanır. Nədən ki, media bazarı hər yerdə pulludur və bu pul jurnalist kimi yetişə bilənlərin halal puludur. Yetişmək isə zülüm işdir: savad və peşə hazırlığın olmalıdır, heç bir siyasi gücə bağlanmamalısan, cəmiyyəti düzgün məlumatlandırmalısan, hökumətin işlərini izləməlsən ki, əyri yola düşməsin, risqlərə getməlisən…
Day iqtisadiyyatı monopoliyaya alıb, reklam bazarını öldürüb, media orqanlarını levı pullarla yaşadıb, ora ortabab yazı-pozu bilənləri doldurub, yarısnı məddaha, yarısını trola çevirib arada konfet paylayırlarsa bunun izahını bilmirəm.