Azərbaycan jurnalistikasının obyektiv olmaması çox da böyük ayıb deyil.
Məsələ bundadır ki, dünya praktikasında xeyli uğur qazanmış subyektiv stillərə də jurnalistikamızda rast gəlmirik.
Düzdür, xəbərvermə (reporting) hazırda dünya jurnalistikasında aparıcı stil sayılır, obyektivliyi təmin eləmək üçün daha dəqiq standartları, sərhədləri var. Ancaq başqa stillər də var. Subyektiv jurnalistika daha çox əhvalatdanışmaya (storytelling) əsaslanır.
Məsəl üçün, qonzo jurnalistikasında jurnalist hadisə iştirakçısı olub başına gələnləri auditoriyaya çatdırır, immersiya (dalma) jurnalistikasında iştirakçıların arasına girib hiss elədiklərini, təcrübəsini auditoriyaya çatdırır.
Subyektiv jurnalistikada, xüsusən əhvalatdanışmada böyük uğur qazananlar olub. Mark Tven, Ernst Heminquey, Con Steynbek… konfliktlərdə, müharibələrdə iştirak eləyib başlarına gələni yazıblar.
Yəni subyektivlik ayıb sayılmır. Ayıb olan propaqandaçılıqdır.
Bu mövzuda
13/12/2021
17/01/2021
1 thought on “Subyektiv jurnalistika hara, propaqanda hara?!”