Putinin Azərbaycan teoretikləri arasındakı heyranları, əsasən makiavellizmə bağlanıb qalanlar və dünya iqtisadiyyatı haqda elementar bilgiləri olmayanlardır. Danışıq tonları çox iddialıdır. Başqalarını sadəlövh saymaq kimi, əsl siyasətçini dəyərləndirə bilməməkdə, dünyadan xəbərsizlikdə günahlandırmaq kimi. Elə makiavellizmdə ilişib qalmağın özü ondan sonrakı beş əsrdə yaranmış bəşəri dəyərlərdən xəbərsizlikdir. Bu həm də şəxsi əxlaq və dəyərlər məsələsidir. (30-cu illərdə də çoxbilmişlik eləyib Hitlerə qarşı çıxmağın mənasız olduğunu söyləmək, müqavimətçiləri realsit olmamaqda günahlandırmaq teoretiklərdən böyük ağıl tələb eləmirdi və müvəqqəti haqlı görsənə də bilərdilər). Nə isə biz də Makiavellizmdə ilişib qalmayaq, gələk iqtisadiyyata.
Guya, Putin 5-10 raket atmaqla dünya gücü olduğunu göstərdi, neftin qiymətini qaldırdı, neftdən asılı olan ölkənin dərdlərinə çarə tapdı və sair.
Qiymət heç vaxt düzxətli düşüb-qalxmır, korreksiyalar (qısamüddətli əks hərəkət) olur və bu, çox vaxt bazarda əminlik və qorxu ilə bağlıdır. Dünya iqtisadiyyatının alt qatındakı proseslər bu ötəri hadisələrə çox da bağlı deyil. Sonda trendi, o sıradan neftin uzunmüddətli qiymətini həmin proseslər müəyyənləşdirir, Putinin bombaları yox.
Rusdilli mühitin elitası bunu anlamır, dəyərləndirmir. Siyasətçiləri addımlarını ölkədən qırağa qoyanda heç kəs onları anlamır, iş adamları Çerkizovdan, yəni Biləcəridən o yana çıxan kimi batırlar. Uzağa getməyək, ruslar Praqadan nə qədər bahalı otellər aldılar, zərərlə işlədib yarıqiymətinə satmağa adam axtarırlar. Çünki dünyanın o başında Airbnb deyilən bir sayt çıxıb, dünyanın ən böyük qonaq servisini göstərir və bir mənzili, bir oteli belə yoxdur. Ruslar Praqada pul qoydular, maşınlar aldılar, ofislər tutdular, taksi şirkəti açdılar, qoyduqları pulu çıxarmamış dünyanın o başında bir Uber deyilən fenomen fırtına kimi əsdi, bir avtomobilə belə sarmayə qoymadan dünyanın ən böyük taksi xidmətinə çevrildi.
Bu mexanizm, bu proses Rusiya kimi ölkələrdən baş qaldıra bilməz. Bunun üçün hüquqa, mülkiyyətə, mediaya, siyasətə, biznesə tamam fərqli münasibət tələb olunur. Rusiya bu şərtlərin birini də ödəmir və bu yöndə heç bir islahat aparmayıb.
Və bu sadaladıqlarım ötəri, təsadüfi bir şey deyil, daimi hərəkətdə olan bir mexanizmdir. Məsəl üçün, hazırda Nevada çöllərində bir zavod tikilir. Bu zavod başa gələndə dünyada başqa bir fırtına əsəcək. Elektromobillər neft məhsulları ilə işləyən avtomobilləri süpürüb atacaq. Tesla böyük risqə gedib. Batareyaların maya dəyərini salmaq üçün 5 milyard sərmayə qoyur. Bu sərmayə necə toplanır – o da rusdilli mühitin yuxusuna belə girməyəcək bir mənzərədir.
O mühitdə alışıblar ki, siyasətçilərlə “iş adamları” sövdələşir, bir sahəni su qiymətinə özəlləşdirir, monopoliyaya alır, sonra uğurlu iş adamı kimi qozu-qozu gəzirlər. Hünər 20-30 faizə kredit verib bank sahibi olmaq deyil, iş adamının hünəri Qərbdəki kimi 2-10 faiz arası hər oyunşçuya açıq olan kredit bazarında öz bankını rəqabətə davamlı eləməkdir. (Yaponiya və Amerikada bundan da aşağı).
Ordan-burdan döşədim. Gələn dəfə sistemli yazacam smile emoticon
Bu mövzuda
26/07/2022