Geniş yazmağa vaxtım yoxdu. Azərbaycanın xəbər mediası haqda yazılmalı çox mövzular var. Bunlardan biri jurnalist dili mövzusudur. Bu dil dünyanın ən kasıb dillərindən olmalıdır. Bu dildə epitetə, qiymətləndirməyə, aşağılamağa, yüksəltməyə qəti yer olmamalıdır.
Baxın, belə cümlə və ifadələrin heç biri jurnalist dilindən səslənə bilməz.
“Dövlət bankını soyanların arxasında…”
“…prezidentin etibarından istifadə edərək dövlətin pullarını müxtəlif adamlara verən Beynəlxalq Bankın sabiq rəhbəri…”
“Bu çirkin fəaliyyətin necə, hansı resurslarla, kimlər tərəfindən gerçəkləşdirildiyi yaxşı məlumdur.”
“maliyyə xəyanəti…”
“Да и бизнесменами их можно назвать с большой натяжкой”…
Bir sözlə, bu gün xəbər mediasında oxuduqlarınızın çoxu jurnalist dilində deyil.
Bu mövzuda
13/12/2021
17/01/2021