Azərbaycan elitası anlayır ki, sovet dövründən qalma xəbər mediası Biləcəridən o yanda heç nəyə yaramır. (Guya ki, bu yanda yarayır).
Bir ətək pul töküb modern, peşəkar xəbər mediası yaratmaq istədilər. Lüks ofislər, son dəb texnika… Ancaq bu media modern yox, qlamur oldu. Niyə? Açın baxın, orda bu gün ölkədə və dünyada gedən, sabaha təsiri gözlənən hansı hadisə dərindən işıqlandırılır?
Bu gün milyardlarla manatlıq kreditin üstündə neçə oliqarx tutulub, media məsələnin kökünə gedə bilibmi?
Bahalı media proyektləriniz alınmır. Jurnalistin həm təbliğatçı, həm peşəkar olması mümkün deyil. Həm müti, həm öncül olması mümkün deyil. Həm tərəfli, həm şərəfli olması mümkün deyil. Müstəqil xəbər mediası azad rəqabətdə üzə çıxır, pul buraxmaqla yox.