Çexiya İctimai TV-si CT24-ün xəbər redaksiyasının 23 əməkdaşı TV Şurasına şikayət edib ki, xəbərlərin şefedaktoru seçkiqabağı tərəfkeşlik edib, prezident Zemana yaxın olan partiyanın (SPOZ) xeyrinə senzorluq edib, başqa peşə pozuntularına yol verib. Sivil toplum qurumları etirazçılara dəstək veriblər.TV-nin qalan 61 əməkdaşı bunun əksini təsdiqləyən bəyanat versə də, Şura şikayəti ciddi qəbul eləyib, araşdırma aparmaq qərarına gəlib. Jurnalistika bilicilərinin toplandığı tərəfsiz komissiya yaradılıb. Jurnalistika riyaziyyat kimi bir şeydir, bu işi yaxşı bilənlər redaksiyanın işini araşdırıb birmənalı rəyə gələcəklər. (Jurnalistika məsələlərində iki fərqli cavabı olan sual yoxdur.)
Azərbaycan mediası kontekstində burda müzakirəlik çox məqam var. Yadımıza gələndən bizim TV-lər tərəfkeşliklə, təbliğatla məşğul olublar. Heç olmasa, bircə dəfə 5 xəbər redaktoru,10 sivil toplum fəalı, 15 tamaşaçı Azərbaycanda toplanıb bu məsələni qaldırıbmı? Tutalım, məsələni qaldırdılar. Komissiya yarandı. Bu komissiyaya toplananların kimliyini hamınız təxminən bilirsiniz. Onların verəcəyi qərarı, özlərini ncə aparacaqlarını gözünüzün qabağına gətirin. Bizim məhkəmələrdən fərqlimi olacaqlar?
Jurnalistikanın sağlamlaşdırılmasında çex toplumu, tutalım amerikalılardan daha dəyərli işlər görür. Amerikalılar demişkən, onların media menecmenti həmişə problemli olub, demokratiyası olmayan xalqlar üşün amerikalıların yaratdıqları media qurumları isə Danabaş kəndinin məktəbinə bənzəyib. Bizim toplum nəinki bu məktbin normal hala gəlməsinə çalışıb, əksinə ondan gülünc gözləntiləri olub, onu gülünc hala salmaq üçün əlindən gələni edib.
Bu mövzuda
13/12/2021
17/01/2021